"Araz-Naxçıvan" çempionatda inamla irəliləyir - FOTOLAR
Futbol üzrə Azərbaycan I Divizionunun XVIII turu çərçivəsində “Araz-Naxçıvan” bu gün səfərdə "Şamaxı-2" ilə qarşılaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə qarşılaşmanın favoriti sayılan “Araz-Naxçıvan” 15-ci dəqiqədə hesabı açıb. Xəyal Tomarov fərqlənib. İlk hissənin qalan vaxtı ərzində də təşəbbüsü əldən verməyən Naxçıvan təmsilçisi 44-cü dəqiqədə hesabı 2-0 edib. Komandanın, eləcə də çempionatın ən sərrast oyunçusu Orxan Əliyev adını tabloya yazdırıb. O, cari çempionatda qollarının sayını 16-ya çatdırıb.
Oyunun ikinci hissəsində qapılar önündə təhlükəli epizodlar olsa da, hesab dəyişməyib. Görüş bu hesabla başa çatıb: “Şamaxı-2” – “Araz-Naxçıvan” – 0:2
Qeyd edək ki, ötən 18 turdan sonra “Araz-Naxçıvan” 41 xalla çempionatın şəriksiz lideridir.