UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

A- A A+

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada İtaliya "Yuventus"undan Anxel Di Maria, Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan Anatoli Trubin, Almaniyanın "Union" (Berlin) komandasından Yosip Yuranoviç və Leverkuzen "Bayer"indən Florian Virts iddia edir.

Konfrans Liqasında isə namizədlər İtaliya "Fiorentina"sından Cakomo Bonaventura, Polşa "Lex"indən Mikael İshak, Moldova "Şerif"indən Məhəmməd Diop və Belçika "Anderlext"indən Bart Verbruggendir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: