“Əl-Nəsr” Ramosla maraqlanır

A- A A+

“Əl-Nəsr” PSJ-nin müdafiəçisi Serxio Ramosu transfer etmək istəyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanından olan klubun rəhbərliyi futbolçunun çevrəsi ilə əlaqə saxlayıb və onunla əmək müqaviləsi bağlamaq istədiklərini bildiriblər.

Keçmiş “Real Madrid” və İspaniya millisinin kapitanı PSJ-də özünü rahat hiss etsə də, parislilərin bu yay başa çatan müqaviləsini uzadıb-uzatmayacağını bilmir.

Xatırladaq ki, daha öncə “Əl-Nəsr”in “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin bundan imtina etdiyi bildirilirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: