Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq müdafiəçisi Marselonun yeni komandası müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin “Fluminense” komandasına keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti daha bir il artırmaq şərti ilə 2024-cü ilin dekabr ayına kimi anlaşıblar.
Xatırladaq ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub.