“Nyukasl” klubu yarımmüdafiəçisi Migel Almironla müqaviləni yeniləyib

A- A A+

İngiltərənin “Nyukasl” klubu yarımmüdafiəçisi Migel Almironla müqaviləni yeniləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

Paraqvay yığmasının üzvü “Nyukasl”da 2019-cu ildən forma geyinir. O, komandanın heyətində 152 oyuna 24 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: