Bakıda “613” fləş-mobu: Nə tarix, nə bizlər unutmadıq! - VİDEO
"Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində ümumilikdə paytaxtdan olan 3 minə yaxın tələbənin iştirakı ilə “613” fləş-mobu keçirilib.
Gənclər və İdman Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fləş-mobun başlıca məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
“Nə tarix, nə bizlər unutmadıq!” şüarı ilə reallaşan fləş-mobda tələbələrdən ibarət formalaşdırılan “613” kompozisiyası erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalmış günahsız Xocalı sakinlərinin sayını göstərib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləş-mob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.