Vaxtilə “Qarabağ” və "Neftçi"də oynamış yarımmüdafiəçi Aylton karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, braziliyalı futbolçu bir neçə klubumuzdan təklif alıb. Hazırda Aylton həmin klubların təkliklərini dəyərləndirir.
Futbolçunun sonuncu klubu Rusiyanın aşağı divizion təmsilçisi “Rodina” olub. O, həmçinin Almaniyanın “Ştutqart”, Portuqaliyanın “Braqa” və “Eştoril” klublarında da çıxış edib.