İtaliyanın “Yuventus” klubu müdafiəçisi Danilo ilə müqaviləni yeniləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müdafiəçi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliya millisinin üzvü 2019-cu ildən oynadığı “Yuventus”da 142 matça çıxıb və 8 qol vurub.
Futbolçu “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” və “Mançester Siti”də də oynayıb. Braziliya millisində 49 oyun keçirən Danilo bir dəfə fərqlənib.