“Heydər Əliyev İli”nə həsr olunmuş futbol turniri başa çatıb - FOTOLAR

A- A A+

Uzunoba Təlim-Məşq İdman Kompleksində 2010-cu il təvəllüdlü yeniyetmələr arasında “Heydər Əliyev İli”nə həsr olunmuş futbol çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, iki gün davam edən yarışda Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Kəngərli və Şahbuz rayonunun təmsilçiləri olmaqla, ümumilikdə 8 komanda mübarizə aparıb.

Nəticələrə əsasən “Araz-Naxçıvan-11” yarışın çempionu olub. “Araz-Naxçıvan-10” ikinciliklə kifayətlənib. “Kəngərli” isə turniri üçüncü sırada tamamlayıb. 

Qaliblər diplom, medal və kubokla mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: