Braziliyalı hücumçunun "Liverpul"dan ayrılacağı dəqiqləşib

A- A A+

Braziliya millisinin futbolçusu Roberto Firminonun cari mövsümün sonunda İngiltərə "Liverpul"undan ayrılacağı dəqiqləşib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə 32 yaşlı hücumçunun agenti Rocer Vittmann "Football Insider" nəşrinə açıqlama verib.

O bildirib ki, qərar klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında qəbul edilib.

Qeyd edək ki, Roberto Firmino 2015-ci ildən "Liverpul"un formasını geyinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: