“Naxçıvan-2018”-in ən az yaşlı iştirakçısı

A- A A+

Şahmat oynamağı çox xoşlayıram və gələcəkdə güclü şahmatçı olmaq üçün səylə çalışacağam.

NUHÇIXAN xəbər verir ki, bu sözləri “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ən azyaşlı iştirakçılarından olan Əli Qarayev deyib.

“Ötən il burada keçirilən şahmat festivalını izləmək üçün atamla gəlmişdim. O vaxdan şahmata marağım yarandı. Ondan sonra atamdan məni də şahmat məşğələlərində yazdırmağını xahiş etdim” – deyən balaca şahmatçı qeyd edib ki, artıq altı aya yaxındır şahmatla məşğul olur.

Qeyd edək ki, Əli Qarayev 2013-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Beynəlxalq Şahmat Festivalının “C” qrupunda mübarizə aparır. Əli Qarayev beş turdan sonra yarım xal toplamağa müvəffəq olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: