Belçikalı futbolçu Tobi Alderveyreld millimizə qarşı oynamayacaq

A- A A+

"Antverpen"in müdafiəçisi Tobi Alderveyreld Belçika millisindəki karyerasını başa vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb. Futbolçu Belçika millisində 127 oyuna 5 qol vurub, 12 qol ötürməsi edib. O, “Ayaks”, “Atletiko”, “Sauthempton” və “Tottenhem”də də çıxış edib.

Qeyd edək ki, Belçika millisi "Avro-2024"ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda mübarizə aparacaq. Yığmamızın bu komanda ilə ilk oyunu sentyabrın 9-da Bakıda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: