İngiltərənin “Mançester Siti” klubu Xorvatiyadan 16 yaşlı futbolçu Luka Vuşkoviçi transfer etməyə hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında “Hayduk” klubu ilə danışıqların son mərhələdə olduğunu yazıb.
Məlumatda bildirilir ki, Vuşkoviçin komandası ilə müqavilə müddəti 2026-cı ilin yayına qədər olduğundan, “şəhərlilər” qarşı tərəfə yüksək məbləğdə məvacib ödəməyə hazırdırlar. Mərkəz müdafiəçisinin mövsümün sonunda İngiltərə təmsilçisinə keçidi gözlənilir.
Qeyd edək ki, Xorvatiyanın U-17 yığmasının formasını geyinən Luka Vuşkoviç “Hayduk”un U-19 komandasında çıxış edir.