Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.
Qeyd edək ki, Abdullah Avcı 2020-ci ildən Qara dəniz təmsilçisində işləyir. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə "Trabzonspor"la ölkə çempionu olub.
Qeyd edək ki, daha əvvəl klubun prezidenti Ahmet Ağaoğlu istefa verib.