“Neftçi” futbolçusunu Latviya klubuna icarəyə verib

A- A A+

Bakının “Neftçi” klubunun futbolçusu Ramin Nəsirli karyerasını Latviyada davam etdirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, gənc yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.

İyirmi bir yaşlı oyunçu bu ilin sonunadək adıçəkilən komandaya icarəyə verilib.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olan R.Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, Azərbaycanın U-21 millisinin üzvüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: