2022/23 mövsümündə ən çox qolda yaxından iştirak edən futbolçular

A- A A+

2022/23 mövsümündə ən çox qolda yaxından iştirak edən futbolçuların adları müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, araşdırma Avropanın “Top-5” liqasında çıxış edən oyunçulara şamil edilib.

Siyahıya Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi başçılıq edir. O, klubunda və milli komandasında keçirdiyi ümumilikdə 39 matçda 30 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.

50 qolda yaxından iştirak edən Leonu PSJ-dəki komanda yoldaşları Kilian Mbappe (39 oyun: 39 qol+9 assist) və Neymar (34 oyun: 21 qol+19 assist) izləyirlər.

Növbəti iki yerdə İngiltərə Premyer Liqasında çıxış edən oyunçular qərarlaşıblar. “Mançester Siti”nin norveçli hücumçusu Erlin Holann 39 (36 oyun: 34+5), misirli Məhəmməd Salah isə 36 (39 oyun: 24+12) qolda yaxından iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: