Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində irəliləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz 165,8 xalla 37-ci pilləyə yüksəlib.
Seçməmiz Avropa yığmaları arasında 20-ci pillədə yer alıb.
Reytinq cədvəlinə 1621,8 xalla Fransa millisi başçılıq edir. Almaniya (1153, 5 xal) və ABŞ (998,3 xal) ilk üçlükdə yer alıblar.