UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı Ukraynanın “Vorskla” klubu “Qarabağ”la oyunda azarkeşlərin axınını təmin etmək üçün xüsusi aksiya keçirəcək.
NUHÇIXAN-ın məlumatına görə, Poltava təmsilçisi “Qarabağ”la oyundan sonra milli çempionatda “Şaxtyor” klubu ilə qarşılaşmanın qiymətini cəmi 1 qrivna elan edib.
Qeyd edək ki, “Vorskla” - “Qarabağ” oyununun bilet qiyməti 50-dən 350 qrivnaya qədərdir.
Xatırladaq ki, bu qarşılaşma noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da keçiriləcək. “Vorskla” - “Şaxtyor” qarşılaşması isə noyabrın 11-də baş tutacaq.