Azərbaycan təmsilçisi Nikita Simonovun Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının finalında rəqibləri bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə halqalar ilə yarışda həlledici mərhələyə adlayan N.Simonov finalda Mehdi Ahmed Konani (İran), vyetnamlı Hank Nquen, türk Mehmet Kozak, Filippin təmsilçisi Karlos Yulo, Rayli Lus (ABŞ), avstriyalı Vinses Hok və Quan-Yi Lin (Tayvan) ilə birgə mübarizə aparacaq.
Halqalar üzrə final yarışları martın 11-də keçiriləcək.