UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İngiltərə təmsilçisi "Mançester Yunayted" evdə İspaniya "Betis"ini darmadağın edib – 4:1.
"Yuventus" isə Almaniya "Frayburq"u ilə qarşılaşmada tək qola sevinib.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbağça" isə İspaniyada "Sevilya" ilə bacarmayıb – 0:2.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya) - 4:1
Qollar: M.Reşford, 6, Antoni, 52, B.Fernandeş, 58, V.Veqhorst, 84 - A Perez, 32
00:00. “Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya) - 1:0
Qol: Anxel Di Mariya, 53
00:00. “Sevilya” (İspaniya) - “Fənərbağça” (Türkiyə) - 2:0
Qollar: Joan Jordan, 56, E.Lamela, 85
00:00. “Şaxtyor” Donetsk (Ukrayna) - “Feyenord” (Niderland) - 1:1
Qollar: Y.Rakitski, 79 - E.Bullaude, 88
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.