Bu gün beş yunan-Roma güləşçimiz U-23 Avropa çempionatında mübarizəyə başlayacaq

A- A A+

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatına start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın ilk üç günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Çempionatın ilk günündə beş güləşçimiz mübarizəyə başlayacaq. Belə ki, Rahim Həsənov (55 kq) Karapet Manvelyan (Ermənistan) - Sabolç Losonç (Serbiya) cütünün qalibi, Ziya Babaşov (63 kq) ermənistanlı Sahak Hovannisyan, Xasay Həsənli (77 kq) Şahan Acar (Türkiyə), Məhəmməd Əhmədiyev (87 kq) Gürcüstan təmsilçisi Açika Bolkvadze, Sərxan Məmmədov (130 kq) isə ukraynalı Mixaylo Vişnivetski ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: