“Rısya” - ikinci MDB Oyunlarının talismanı

A- A A+

Avqustun 3-dən 15-dək Belarusda keçiriləcək ikinci MDB Oyunlarının talismanı müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi Belarus Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, talisman “Rısya” adlı vaşaq seçilib.

“Güclü xarakter - parlaq oyun!” şüarı ilə keçiriləcək oyunlarda 20 idman növü üzrə 3 minədək idmançı medallar uğrunda mübarizə aparacaq.

İlk MDB Oyunlarına 2021-ci ildə Kazan ev sahibliyi edib. Azərbaycan idmançıları həmin yarışda 15 qızıl, 16 gümüş və 29 bürünc medala sahib olmuşdular.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: