Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb

A- A A+

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o, belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb.

Ter Ştegen 1993-1994-cü il mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan "Deportivo"nun qapıçısı Fransisko Llanyonu ötüb.

Qeyd edək ki, almaniyalı futbolçu 2014-cü ildən “Barselona”nın formasını geyinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: