İtaliya A Seriyası: “Milan” növbəti dəfə xal itirib

A- A A+

Futbol üzrə İtaliya A seriyasında 26-cı tura yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun son oyununda “Milan” öz meydanında “Salernitana”nı qəbul edib.

“Rossonyerlər” bu oyunda qələbə qazana bilməyiblər. Görüş 1:1 hesabı ilə başa çatıb. “Milan”ın heyətində 45-ci dəqiqədə Jiru fərqlənib – 1:0. Matçın 61-ci dəqiqəsində Dia fərqlənərək hesaba tarazlıq gətirib -1:1.

Beləliklə, hesabında 48 xal olan “Milan” dördüncü pillədə qalıb. “Salernitana” isə 26 xalla 16-cıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: