Zlatan İbrahimoviç Azərbaycan millisi ilə oyuna çağırıla bilər

A- A A+

Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan milliləri ilə oyun üçün İsveç yığmasına çağırıla bilər.

NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Yanne Andersson istisna etməyib.

O bildirib ki, sonuncu dəfə 2022-ci il martın 29-da Polşaya (0:2) qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə iştirak edən 42 yaşlı futbolçunu bir illik fasilədən sonra milliyə qaytarmağı düşünür: “Zlatan nə zaman sağlamdırsa, hətta meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.

İbrahimoviç milli karyerasında ilk rəsmi oyununu 2001-ci il oktyabrın 7-də Azərbaycan yığmasına qarşı keçirib. İsveç seçməsinin 3:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə futbolçu yığmada ilk qolunu vurub.

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: