İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqba ilə vidalaşır.
NUHÇIXAN İnformasiya Agentliyi "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi cari mövsümün sonunda fransalı yarımmüdafiəçiyə azad agent statusu verəcək.
Tez-tez zədələnən 30 yaşlı oyunçunun "Qoca sinyora" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, Pol Poqba bu mövsüm "Yuventus"da iki oyunda cəmi 35 dəqiqə meydanda olub.