“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

A- A A+

İtaliyanın “Napoli” klubu futbolçusu Stanislav Lobotka ilə müqaviləni yeniləyib.

NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, slovakiyalı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Müqaviləyə əməkdaşlığın daha bir il müddətinə uzadılması variantı da daxil edilib.

Yarımmüdafiəçinin “Napoli” ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək idi.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: