Bu gün UEFA Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılacaq

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

UEFA Avropa Liqası
1/4 final mərhələsi

"Union" (Belçika)

"Bayer" (Almaniya)

"Arsenal" (İngiltərə)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Feyenoord" (Niderland)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: