“Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib

A- A A+

“Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2026-2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu 2019-cu ildə “Ankaragücü” klubundan İstanbul təmsilçisinə transfer olub. İyirmi dörd yaşlı qolkiper İstanbul klubunda 137 oyun keçirib. Komandanın kapitanı olan futbolçu Türkiyə millisinə də dəvət alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: