Avstriya millisi Azərbaycanla oyunda 40 illik uğursuzluğa son qoymaq istəyir

A- A A+

Avstriya millisi evdə Azərbaycan yığmasına qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyununda 40 illik uğursuzluğa son qoymaq istəyir.

NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv matçın oynanılacağı Lints şəhərində 1981-ci ildən bu yana qələbə qazana bilmir.

Komanda bu şəhərdə sonuncu qalibiyyətini Finlandiya seçməsi ilə qarşılaşmada əldə edib. İyunda keçirilmiş görüşdə meydan sahibləri rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu martın 27-də "Raiffeisen Arena"da olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: