“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbağça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.
Türkiyə karyerasına 2021-ci ildə "Fənərbağça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.
Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.