2022/2023 mövsümünün sonunda Türkiyə Super Liqasını tərk edəcək komandaların sayı bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
TFF "Hatayspor" və "Qaziantep"in zəlzələ səbəbindən çempionatda iştirakını dayandırdığı üçün dörd əvəzinə iki klubun 1-ci Liqaya düşəcəyini açıqlayıb.