Antonio Espinos növbəti dəfə Avropa Karate Federasiyasının (EKF) prezidenti seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə EKF-nin rəsmi saytı məlumat yayıb.
Yetmiş altı yaşlı Espinosun prezidentliyi İspaniyanın Qvadalahara şəhərindəki konqresdə yekdilliklə qəbul edilib.
Antonio Espinos 1997-ci ildən Avropa Karate Federasiyasına rəhbərlik edir.