“Real Madrid” gələn il Erlinq Haalandı transfer etmək istəyir. Klub rəhbərliyi bunun üçün indidən hazırlıqlara başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Mançester Siti"nin heyətində qolları sıralayan norveçli hücumçu İspaniya klubunun əsas hədəflərindəndir.
Kral klubu bu transfer üçün 220-240 milyon avro xərcləməyə hazırdır.