"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTOLAR

A- A A+

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ı Bakıya gəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İstanbul təmsilçisini daşıyan təyyarə təqribən 1 saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: