Ulu Öndərin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə 11 ölkədən boksçular iştirak edəcəklər

A- A A+

Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürəcək. Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları da mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü sınayacaq.

Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də Boks Federasiyasının nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: