Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda növbəti erməni təxribatının qarşısı alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Stokholmdakı “Friends Arena”da separatçı qruplaşmaların bayrağının qaldırılmasına cəhd edilsə də, bu təxribatın qarşısı dərhal İsveç polisi tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.