Olivye Jiru yeni rekorda imza atıb

A- A A+

Futbol üzrə Fransa millisinin hücumçusu Olivye Jiru yeni rekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, buna “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İrlandiya ilə görüşdə (1:0) iştirak etməklə nail olub. Jiru 36 yaş 178-ci günündə meydana çıxıb. Beləliklə, o, 2000-ci ildən Fransa millisində rəsmi matçda oynayan ən yaşlı futbolçu adına yiyələnib. Jiru bu göstəricidə Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Futbolçu qarşılaşmada start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Jiru Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: