Hacı Əliyev: Avropa çempionatında qızıl medalların sayı daha çox ola bilərdi

A- A A+

Rusiyada keçirilən Avropa çempionatı bizim üçün ən mühüm yarışlardan biri idi. Ümumilikdə 18 medal qazandıq. Bunlardan 4-ü qızıl oldu. Komandamızın çıxışından razıyıq.

NUHÇIXAN xəbər verir ki, bu sözləri mayın 7-də sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Hacı Əliyev Rusiyanın Kaypiysk şəhərində keçirilən Avropa çempionatında idmançılarımızın qazandıqları nailiyyət barədə danışarkən deyib.

Qızıl medalların sayının daha çox ola biləcəyini vurğulayan 27 yaşlı pəhləvanımız finalda məğlub etdiyi rusiyalı rəqibi İlyas Bekbulatovun mükafatlandırma mərasiminə qatılmamasından danışarkən deyib: “İkinci hissədə çox hücum etdim və nəticədə rəqib təzyiqə davam gətirə bilmədi. Görüşdən sonra ona sistem qoşmuşdular. Səhhətində problem yaranmışdı. Bu səbəbdən, mükafatlandırma mərasimində onu başqası əvəzlədi”.

Üçqat dünya çempionu olan Hacı Əliyev karyerasında ikinci dəfə qitə birinciliyinin qalibi adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: