Serxio Ramos Səudiyyə Ərəbistanı klubundan təklif alıb

A- A A+

Cari mövsümün sonu Fransanın PSJ klubu ilə müqaviləsinin müddəti başa çatacaq Serxio Ramos Səudiyyə Ərəbistanından təklif alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əl-Hilal” klubu ispan müdafiəçiyə illik 30 milyon avro qazanacağı ikiillik sözləşmə təklif edib. Ulduz futbolçu təklifi qəbul etsə, "Əl-Nəssr"də çıxış edən Kriştiano Ronaldonun rəqibi olacaq.

Zədə səbəbindən bu mövsüm çox oyunda iştirak edə bilməyən Ramos, yaxşı məvacibə görə ərəb klubunu seçməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl PSJ klubunun Serxio Ramosu komandada saxlamaq üçün addımlar atdığı ilə bağlı xəbərlər yayılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: