Naxçıvan gimnastları beynəlxalq turnirdə qalib olublar - VİDEO

A- A A+

Gürcüstanın paytaxtında gimnastikanın hamı üçün növü üzrə Tbilisi Gimnastradası keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının "Bədii gimnastika" bölməsinin 1 məşqçi müəllimi və 5 gimnastı iştirak edib.

Üç ölkədən 33 komandanın iştirak etdiyi Gimnastradada Naxçıvan gimnastları uğurla çıxış edərək birinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: