Taekvondoçularımız açıq Avstriya çempionatında güclərini sınayacaqlar

A- A A+

Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək. İnsbrukda iki gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 idmançı ilə təmsil olunacaq. Yığmamızın üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, bu gün İnsbruka yollanan komandamız aprelin 3-də Bakıya qayıdacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: