Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda Naxçıvan Güləş Federasiyasının yetirməsi Əli Səfərov 92 kq çəki dərəcəsində mübarizə aparıb. Finala qədər maneəsiz irəliləyən Naxçıvan idmançısı həlledici görüşdə komanda yoldaşı Rəvan Musayevlə (Olimpsport) qarşılaşıb.
Gərgin keçən görüşdə Əli Səfərov ölkə çempionatını ikinci yerdə tamamlayaraq gümüş medala sahib olub.