Azərbaycan qrosmeysteri Teymur Rəcəbov doğma ölkəsində hökumətin şahmata münasibətindən söhbət açıb.
NUHÇIXAN İnformasiya Agentliyi “championat.com” saytına istinadla xəbər verir ki, qrosmeyster bu fikirləri bölüşüb: “Mən əminəm ki, əgər dünya çempionu adı uğrunda Azərbaycan qrosmeysteri oynasaydı, o halda Bakı dərhal bu matça ev sahibliyi etmək təklifini irəli sürərdi. Şahmatın inkişafı baxımından, ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə çox iş görülür. Yəqin ki, futboldan sonra Azərbaycanda şahmat əsas idman növlərindən biridir. Hətta yuniorların və yeniyetmələrin çıxışına böyük diqqət ayrılır. Bəzən bunu unudurlar, lakin bir partiya oynayan kimi Azərbaycanda şahmata marağın nə dərəcədə yüksək olması dərhal yada düşür. Dövlət tərəfindən böyük dəstək var. Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir”.