Super Liqa klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb

A- A A+

Türkiyənin “Kayserispor” futbol klubu yarımmüdafiəçisi Qustavo Kampanyaro ilə yollarını ayırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçunun Türkiyə klubundan ayrılmasına fevral ayında baş vermiş güclü zəlzələ səbəb göstərilib. O, ailəsi ilə birgə qardaş ölkədən ayrılmaq istədiyini bildirib və klub onun bu istəyinə əsasən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Kampanyaro 2020-ci ildən oynadığı “Kayserispor”da 90 oyuna 1 qol vurub. O, daha əvvəl “Braqantino”, “Verona”, “Evian”, “Ludoqorets” və “Şapekoense”də də forma geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: