Dünya birinciliyinin ilk günündə dörd qılıncoynadanımız mübarizə aparacaq

A- A A+

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında dünya birinciliyi start götürür.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən NUHÇIAN İnformasiya Agentliyinə bildiriblər ki, ilk yarış günündə qılncoynatmanın sablya növü üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək.

Qız sablyaçıların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova təmsil edəcək. Oğlanların mübarizəsində isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov güclərini sınayacaqlar.

Dünya çempionatına aprelin 9-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: