Məhəmməd Salah "Liverpul"da yeni rekorda imza atıb

A- A A+

Misirli futbolçu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunun tarixinə düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 31 yaşlı hücumçu buna "Mançester Siti"yə qarşı Premyer Liqanın XXIX tur matçında fərqlənməklə nail olub.

17-ci dəqiqədə hesabı açan forvard çempionatda Mersisayd təmsilçisinin heyətində səfərdə ən çox qol vuran oyunçu adına sahib çıxıb.

Rəqib meydanlarında 56 dəfə fərqlənən Salah 55 qola imza atan Maykl Oueni geridə qoyub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: