"Olimpiakos" klubunun baş məşqçisi klubdan ayrılıb

A- A A+

Yunanıstanın "Olimpiakos" futbol klubunun baş məşqçisi Miçel Qonsales komandadan ayrılıb.

NUHÇIXAN İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, mütəxəssis özü belə qərar qəbul edib.

Hesabında 42 xal olan "Olimpiakos" Yunanıstan çempionatının turnir cədvəlinə liderlik edir.

Qeyd edək ki, Miçel Qonsales 2022-ci ildən "Olimpiakos"u çalışdırırdı. O, bu mövsüm komandanı Avropa Liqasında "Qarabağ"la matçlara da çıxarıb. Yunanıstandakı oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb, Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: