Qurban Qurbanov uzun müddət eyni komandanı çalışdıran baş məşqçilərin siyahısında beşincidir

A- A A+

Uzun müddət eyni komandanı çalışdıran baş məşqçilərin adları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 25 mütəxəssisin yer aldığı siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var.

2008-ci ildən Ağdam klubuna rəhbərlik edən 51 yaşlı məşqçi ən uzun müddət eyni komandanı çalışdıran 5-ci mütəxəssisdir.

Siyahıya “Verona”nın sükanı arxasında dayanan Luici Freşko başçılıq edir. O, 41 ildir İtaliya klubunda işləyir. İlk üçlükdə Stefan Bakster (“Kruzaders”, Şimali İrlandiya, 18 il) və Suet-Fay Li (“Vinq Yi”, Honkonq, 17 il) yer alıblar. Frank Şmidt 16 ildir Almaniyanın “Heydenheym” klubunu çalışdırır və siyahıda dördüncüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: