“Atletiko” İspaniya La Liqasının XXVII turunda “Betis”i 1:0 hesabı ilə məğlub edib. Bu qarşılaşma “Atletiko”nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, Madrid təmsilçisinin heyətində 389-cu matçına çıxıb. Beləliklə, sloveniyalı qolkiper klubun sabiq futbolçusu Dieqo Qodinin rekordunu təkrarlayıb.
“Atletiko” hazırda İspaniya çempionatının turnir cədvəlində 54 xalla üçüncü pillədədir. “Betis” isə 45 xalla beşincidir.